"Qarabağ" Azərbaycan Premyer Liqasında növbəti qələbəsini qazanıb

"Qarabağ" Azərbaycan Premyer Liqasında növbəti qələbəsini qazanıb "Dubl" edən Dino Ndlovu zədələnib
Futbol
13 Oktyabr , 2017 17:32
Qarabağ Azərbaycan Premyer Liqasında növbəti qələbəsini qazanıb

Bakı.13 oktyabr. REPORT.AZ/ "Qarabağ" komandası Azərbaycan Premyer Liqasında növbəti qələbəsini qazanıb. 

"Report" xəbər verir ki, Ağdam təmsilçisi VIII turun açılış oyununda "İnter"i səfərdə məğlub edib.

"İnter Arena"da baş tutan görüşdə qonaqlar Dino Ndlovun dublu ilə qələbə qazanıblar. Ndlovu ikinci qol zamanı kobud səhvə yol verən meydan sahiblərinin futbolçusu Denis Silva Kruzun müdaxiləsindən sonra zədələnib. Qoldan sonra isə "İnter"in qapıçısı Orxan Sadıqlı ilə Kruz arasında mübahisə baş verib. Onlar bir-birilərini topa tez çıxmaqda günahlandırıblar. 

Qeyd edək ki, bu qalibiyyətdən sonra xalını 19-a çatdıran "Qarabağ" liderliyini möhkəmlədib. "İnter" isə 8 xalla 5-ci pillədə qalıb.

Azərbaycan Premyer Liqası, VIII tur 

13 oktyabr (cümə)

15:30. "İnter” – "Qarabağ” - 0:2 

Qollar: Dino Ndlovu, 85; 90+2 

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ömər Paşayev 

AFFA nümayəndəsi: Abas Hüseynov 

Hakim-inspektor: Məhəmməd Məmmədov 

"İnter Arena”

Son xəbərlər

Orphus sistemi