Yuxarı

​"Qarabağ" Azərbaycan millisinin qapıçısı ilə imzalanacaq müqavilənin müddətini açıqlayıb

Gənc qapıçı ilə 1.5 illik müqavilə imzalanacaq

Bakı. 16 yanvar. REPORT.AZ/ "Qarabağ" klubu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyevlə 1.5 illik müqavilə imzalayacaq. Bu barədə "Report"a klubun baş meneceri Asif Əsgərov məlumat verib.

Onun sözlərinə görə, gənc qolkiper Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçən komandanın düşərgəsinə bu gün qoşulacaq.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyevin son klubu "Sumqayıt" olub. Yanvarın 15-də tərəflər qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi