"Qarabağ" Azərbaycan millisinin futbolçusu ilə müqaviləni yeniləyib

"Qarabağ" Azərbaycan millisinin futbolçusu ilə müqaviləni yeniləyib Qarabağ klubu Azərbaycan millisinin futbolçusu Qara Qarayevlə müqavilənin müddətini uzadıb.
Futbol
22 May , 2019 17:09
Qarabağ Azərbaycan millisinin futbolçusu ilə müqaviləni yeniləyib

"Qarabağ" klubu Azərbaycan millisinin futbolçusu Qara Qarayevlə müqavilənin müddətini uzadıb. 

"Report" xəbər verir ki, bu barədə 27 yaşlı yarımmüdafiəçi şəxsi "İnstagram" hesabından paylaşım edib. 

Oyunçunun yeni sözləşməsi 2 il müddətinə nəzərdə tutulub. 

Qeyd edək ki, Qara Qarayev Ağdam təmsilçisinin yetirməsidir və 2008-ci ildən əsas komandada çıxış edir. 

Son xəbərlər

Orphus sistemi