Yuxarı

"Qarabağ" azarkeşləri "Sevilya" ilə oyunun biletini 35 avroya ala bilərlər

"Qarabağ" azarkeşləri "Sevilya" ilə oyunun biletini 35 avroya ala bilərlər

UEFA Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində İspaniyada keçiriləcək "Sevilya" - "Qarabağ" matçının biletləri noyabrın 26-dan satışa çıxarılacaq.

"Report" klubun Mətbuat xidmətinə əsasən xəbər verir ki, Ağdam təmsilçisinin azarkeşləri qiyməti 35 avro olan biletləri oyunun keçiriləcəyi "Ramon Sançes Pisxuan" stadionunun kassalarından ala bilərlər. Qonaq tərəfdarlar üçün S38 sektoru ayrılıb.

Qeyd edək ki, noyabrın 28-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi