"Qarabağ" AZAL-a böyük hesabla qalib gəlib

"Qarabağ" AZAL-a böyük hesabla qalib gəlib Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start verilib
Futbol
9 Sentyabr , 2016 20:26
Qarabağ AZAL-a böyük hesabla qalib gəlib

Bakı. 9 sentyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start verilib. 

"Report"un məlumatına görə, turun ilk oyun günündə bir qarşılaşma keçirilib.

DÇ-2018-in seçmə mərhələsinin oyunları səbəbindən Premyer Liqada yaranan fasilədən sonra ilk olaraq "Qarabağ" və AZAL komandaları üz-üzə gəlib. İki oyundan maksimum nəticə göstərən "Qarabağ" bu dəfə də meydanı qələbə ilə tərk edib - 6:0.

"Köhlən atlar"ın heyətində Reynaldo və Maksim Medvedev dubl edib. Migel Madera və Dani Kintana isə hərəyə bir dəfə fərqlənib.

Azərbaycan Premyer Liqası, IV tur

"Qarabağ" – AZAL - 6:0
Qol: Reynaldo, 2; 64. Maksim Medvedev, 42; 66. Migel Madera, 45+1. Dani Kintana, 60

Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, İsgəndər Əliyev, Vüqar Bayramov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov 

AFFA nümayəndəsi: Sakin Məmmədzadə

Hakim-inspektor: Məlik Həsənov
"Əlincə Arena"

Son xəbərlər

Orphus sistemi