"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki oyun təqvimi məlum olub

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki oyun təqvimi məlum olub Ağdam klubu ilk oyununu "Monako" ilə səfərdə keçirəcək
Futbol
28 Avqust , 2015 17:48
Qarabağın Avropa Liqasının qrup mərhələsindəki oyun təqvimi məlum olub

Bakı. 28 avqust. REPORT.AZ/ Avropa Liqasının J qrupunda mübarizə aparacaq "Qarabağ" klubunun oyun təqvimi məlum olub. "Report"un məlumatına görə, Ağdam klubu ilk oyununu "Monako" ilə səfərdə keçirəcək.

Fransa təmsilçisi ilə görüş sentyabrın 17-də baş tutacaq. Qrupdakı ikinci görüş isə "Tottenhem"ə qarşı Bakıda olacaq. Komandalar oktyabrın 1-də üz-üzə gələcəklər. "Anderlext" oktyabrın 22-də Bakıya gələcək.

Noyabrın 5-də isə "Qarabağ" Belçikada meydana çıxacaq. Noyabrın 26-da "Monako" Bakıya səfər edəcək. "Qarabağ" qrupdakı son oyununu isə dekabrın 10-da səfərdə "Tottenhem"ə qarşı keçirəcək.

Son xəbərlər

Orphus sistemi