"Qarabağ" - "Arsenal" oyununa 30 mindən çox bilet satılıb

"Qarabağ" - "Arsenal" oyununa 30 mindən çox bilet satılıb Bakı. 27 sentyabr. REPORT.AZ/ Avropa Liqasında “Qarabağ” və İngiltərənin ”Arsenal” komandaları arasında keçiriləcək II tur matçına indiyədək satılan bilet sayı açıqlanıb.
Futbol
27 Sentyabr , 2018 14:56
Qarabağ - Arsenal oyununa 30 mindən çox bilet satılıb
0 : 00
0 : 00

Bakı. 27 sentyabr. REPORT.AZ/ Avropa Liqasında “Qarabağ” və İngiltərənin ”Arsenal” komandaları arasında keçiriləcək II tur matçına indiyədək satılan bilet sayı açıqlanıb.

“Report” Ağdam klubunun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, artıq 30 mindən çox bilet sahibini tapıb. 

Oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionu 70 minədək tamaşaçı tutumuna malikdir. Biletlərin qiymətləri 2 manat, 5 manat, 15 manat, 20 manat və 50 manatdır. Onları Qarabağ FK Fan-şop ("Park Bulvar"), iTicket kassaları, Sumqayıt şəhəri ("ASAN Xidmət"), "28 Mall" və "Gənclik Mall"dan almaq mümkündür.

Qeyd edək ki, oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” - ”Arsenal” oyunu saat 20:55-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi