Yuxarı

"Qarabağ" ardıcıl yeddinci qələbəsini qazanıb - FOTO

"Qarabağ" ardıcıl yeddinci qələbəsini qazanıb
© Foto: "Report"

Futbol üzrə Azərbaycan Premyer Liqasında I dövrəyə yekun vurulub.

"Report"un məlumatına görə, VII turun son matçında "Qarabağ" "Sabah"ı qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib.

Meydan sahiblərinin heyətində ilk qolu Maqaye Qeye 17-ci dəqiqədə vurub. 51-ci dəqiqədə isə Abbas Hüseynov topu rəqib qapısından keçirib. 79-cu dəqiqədə "Sabah"ın heyətində Bəhlul Mustafazadə qırmızı vərəqə alıb.

Ardıcıl 7-ci qələbəsini qazanan "Qarabağ" 21 xalla liderliyini daha da möhkəmləndirib. "Sabah" isə 5 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər matçlarında "Sumqayıt" evdə "Keşlə" ilə (0:0), "Zirə" isə "Qəbələ" ilə heç-heçə (1:1) edib. "Neftçi" isə "Səbail"i minimal hesabla (2:1) üstələyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi