Yuxarı

"Qarabağ" APOEL önünə azarkeşsiz çıxacaq

"Qarabağ" APOEL önünə azarkeşsiz çıxacaq

"Qarabağ" komandası Kiprdə APOEL-ə qarşı keçirəcəyi UEFA Avropa Liqasının IV tur matçına azarkeşsiz çıxacaq.

"Report"un "SigmaLive" nəşrinə istinadən verdiyi məlumata görə, Azərbaycan təmsilçisinin rəhbərliyi öz tərəfdarlarına bilet almamağı üstün tutub. Klub mümkün gərginliyə risk etməmək üçün bu addımı atıb.

Qeyd edək ki, noyabrın 7-də Nikosiyadakı "GSP Arena"da keçiriləcək matç Bakı vaxtı ilə saat 21:55-də başlanacaq. Oyun 1/16 finala vəsiqə baxımından hər iki komanda üçün böyük əhəmiyyətə malik olacaq. Hazırda "Qarabağ" A qrupunda 4 xalla 2-ci, APOEL 1 xalla sonuncu pillədə qərarlaşıb.   

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi