"Qarabağ" Antalyada ilk qələbəsini qazanıb

"Qarabağ" Antalyada ilk qələbəsini qazanıb Qurban Qurbanovun komandası "Legiya"nı məğlub edib
Futbol
27 Yanvar , 2015 18:02
Qarabağ Antalyada ilk qələbəsini qazanıb

Bakı. 27 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində qış-təlim məşq toplanışını davam etdirən "Qarabağ" futbol komandası növbəti yoxlama oyununu keçirib. "Report"un məlumatına görə, rəqib Polşa "Legiya"sı olub. 

Ağdam təmsilçisi qarşılaşmadan qalib ayrılıb - 2:0. Qolları Reynaldo və Cavid Tağıyev vurub. 

Qeyd edək ki, bu, "Qarabağ"ın Antalya toplanışında ilk qələbəsi olub. Baş məşqçi Qurban Qurbanovun komandası daha öncə Xorvatiya "RNK Split"inə 1:3, Bolqarıstan "Levski"sinə 0:3 hesabı ilə uduzub. İsveçrə “Sürix”i ilə görüşdə isə qalib müəyyənləşməyib - 1:1.  

Son xəbərlər

Orphus sistemi