"Qarabağ" Albaniya millisinin qapıçısına təklif göndərdi - RƏSMİ

"Qarabağ" Albaniya millisinin qapıçısına təklif göndərdi - RƏSMİ Qarabağ Türkiyənin Menemenspor klubunun futbolçusu Gentian Selmanini transfer etmək istəyir.
Futbol
11 May , 2020 18:57
Qarabağ Albaniya millisinin qapıçısına təklif göndərdi - RƏSMİ

"Qarabağ" Türkiyənin "Menemenspor" klubunun futbolçusu Gentian Selmanini transfer etmək istəyir.

"Report"un "ajansspor"a istinadən məlumatına görə, bu barədə I liqa təmsilçisinin baş məşqçisi Cenk Laleci deyib.

39 yaşlı mütəxəssisin sözlərinə görə, Ağdam klubu 22 yaşlı qapıçı üçün rəsmi təklif göndərib: "Selmanini yalnız yerli yox, əcnəbi klublar da izləyir. Gənc qolkiperə görə "Qarabağ"dan təklif gəlib. Danışıqlar davam edir".

Qeyd edək ki, bu mövsüm "Menemenspor"un heyətində 28 oyunda meydana çıxan Gentian Selmani Albaniya millisinin də üzvüdür.

Son xəbərlər

Orphus sistemi