"Qarabağ"a qarşı oynamış futbolçu dünyanın ən bahalı müdafiəçisinə çevrilib

"Qarabağ"a qarşı oynamış futbolçu dünyanın ən bahalı müdafiəçisinə çevrilib "Liverpul" müdafiəçiyə görə "Southampton"a 85 milyon avro vəsait ödəyib
Futbol
28 Dekabr , 2017 06:29
Qarabağa qarşı oynamış futbolçu dünyanın ən bahalı müdafiəçisinə çevrilib

Bakı. 28 dekabr. REPORT.AZ/ İngiltərənin "Southampton" klubu Vircil van Deykin "Liverpul"a keçdiyini bəyan edib.

"Report"un məlumatına görə, hollandiyalı müdafiəçinin transferinə dair rəsmi müqavilə yanvarın 1-də imzalanacaq.

26 yaşlı stopperdən ötrü dünyada müdafiəçilər üçün rekord sayılacaq məbləğdə - 85 milyon avro vəsait ödənilib.

Vircil van Deyk peşəkar futbolçu karyerasına 2011-ci ildə Hollandiya "Qroningen"ində başlayıb. O, 2013-cü ildə keçdiyi Şotlandiya "Seltik"ində daha 2 mövsüm çıxış edib. Bu müddətdə müdafiəçi 2015-2016 mövsümündə Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la hər iki oyunun iştirakçısı olub. O, komandasının 1:0 hesabı ilə qalib gəldiyi ev oyununun 44-cü dəqiqəsində sarı vərəqə alıb. Qolsuz başa çatan Bakıdakı qarşılaşmada isə van Deyk sonadək meydanda olub. 2015-ci il sentyabrın 1-də isə müdafiəçi 13 milyon funt sterlinqə "Southampton"a keçib.

Son xəbərlər

Orphus sistemi