Yuxarı
    Bağlamaq

    "Qarabağ" Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıb

    Ağdamın klubu Tvente ilə oyun 1:1 hesablı heç-heçə ilə tamamlanıb

    Bakı. 29 avqust. REPORT.AZ/ UEFA Avropa Liqasında play-off mərhələsində Ağdamın "Qarabağ" və Hollandiyanın "Tvente" klubları arasında cavab oyunu keçirilib.

    Report xəbər verir ki, "Tvente"nin doğma stadionundakı görüş ev sahiblərinin üstünlüyü ilə keçib. Qarşılaşmada hesabı meydan sahibləri açıblar. 38-ci dəqiqədə Lyuk Kasteynos fərqlənib. Oyunun ilk hissəsi 1:0 hesabı ilə başa çatıb.

    İkinci hissədə Qurban Qurbanovun yetirmələri cavab qolunu vurublar. Belə ki, qarşılaşmanın 51-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Muarem hesabı bərabərləşdirib. Bundan sonra Ağdam klubunun daha bir neçə qol vurmaq imkanı olsa da oyun 1:1 hesabı ilə tamamlanıb.

    Xatırladaq ki, bu komandalar arasında ilk oyun qolsuz bərabərliklə başa çatıb. Beləliklə, rəqib meydanında vurulan qol sayəsində "Qarabağ" tarixində ilk dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıb.

    Qeyd edək ki, 2012-ci ildə Bakının "Neftçi" komandası Avropa Liqasının qrup mərhələsinə çıxmağa müvəffəq olub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi