Qara Qarayev: "Qrupda aşkar favorit "Sevilya"dır"

Qara Qarayev: "Qrupda aşkar favorit "Sevilya"dır" Azarkeşlərə təşəkkür edirik. Əllərində bayraqlarla bizi mübarizəyə ruhlandırdılar. Bu oyunda komandamız barədə müsbət çox amillər var. Matç bizim əlimizdə idi.
Futbol
24 Oktyabr , 2019 23:40
Qara Qarayev: Qrupda aşkar favorit Sevilyadır

"Azarkeşlərə təşəkkür edirik. Əllərində bayraqlarla bizi mübarizəyə ruhlandırdılar. Bu oyunda komandamız barədə müsbət çox amillər var. Matç bizim əlimizdə idi".

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Qara Qarayev UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda evdə APOEL ilə 2:2 hesablı bərabərlikdən sonra deyib.

28 yaşlı yarımmüdafiəçi 3 xala layiq olduqlarını söyləyib: "Gözlədiyimiz şəkildə iki qol buraxdıq. Üç xala daha çox layiq idik. Azarkeşlərimizi evlərinə xalsız yola salmadıq. Qrupda bir xal da vacibdir. APOEL-i yenə də Kiprdə məğlub etmək mümkündür. “Qarabağ” istənilən nəticə qazana bilər. 

Qrupda aşkar favorit “Sevilya”dır. Digər komandaları isə məğlub edə bilərik. Qələbəyə yaxın idik, ancaq alınmadı. Səfər oyununa hazırlaşacağıq. Əlimizdən gələni edəcəyik ki, xal və ya xallar qazanaq. Qalib gələcəyimizi indidən demək çətindir. Bunun üçün çalışacağıq"

"Qarabağ" APOEL-lə oyundan öncə “Neftçi” ilə qarşılaşacaq. Qarayev artıq sıx qrafikə öyrəşdiklərini vurğulayıb: "Komanda bu çətin qrafikin öhdəsindən gələ bilər. Meydana çıxıb, oynamalıyıq. Bizim üçün yaxşı və çətin praktika olacaq. Çətin olacağını düşünmək olmaz. Bunu futbolçu fikirləşsə, psixoloji cəhətdən zərbə ala bilər. Belə şeyi düşünməməliyik. Meydana oynamağa çıxmalıyıq. Bizim işimiz budur. Hamı ilə oynayacağıq".

Son xəbərlər

Orphus sistemi