Yuxarı
    Bağlamaq

    "Qarabağ"ın futbolçusu "Neftçi" məsələsinə aydınlıq gətirib

    Qara Qarayev xəbərləri təkzib edib

    Bakı. 3 iyun. REPORT.AZ/ "Qarabağ" klubunun futbolçusu Qara Qarayev "Neftçi"yə keçəcəyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Milli komandanın üzvü "Report"a açıqlamasında xəbəri təkzib edib.

    24 yaşlı yarımmüdafiəçinin sözlərinə görə, Bakı klubuna keçəcəyi ilə bağlı yayılan məlumatlar kökündən yanlışdır.

    Qeyd edək ki, bir neçə gün öncə "Neftçi"nin Müşahidə Şurasının üzvü Səməd Qurbanov "Report"a açıqlamasında Q.Qarayevi "ağ-qaralar"da görmək istədiyini, məmnuniyyətlə futbolçunu qəbul edəcəklərini deyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi