Qara Qarayev: "Həyatımın ən çətin 45 dəqiqəsi oldu"

Qara Qarayev: "Həyatımın ən çətin 45 dəqiqəsi oldu" Sonuncu oyunumuzda qələbə qazanmaq istəyirdik. Amma alınmadı. Düşünürəm ki, bu qrup bizim üçün heç də pis deyildi. Nəticə baxımından hansısa itkilərimiz oldu. Amma oyun və yaratdığımız şans baxımından bu qrupda daha çox şey edə bildik. Ancaq yekunda nəticə qazana bilmədik. Düşünürəm ki, layiqli mübarizə apardıq. Sadəcə olaraq bəzi epizodlarda şansımız olmadı deyə, mərhələ adlaya bilmədik
Futbol
13 Dekabr , 2019 00:34
Qara Qarayev: Həyatımın ən çətin 45 dəqiqəsi oldu

"Sonuncu oyunumuzda qələbə qazanmaq istəyirdik. Amma alınmadı. Düşünürəm ki, bu qrup bizim üçün heç də pis deyildi. Nəticə baxımından hansısa itkilərimiz oldu. Amma oyun və yaratdığımız şans baxımından bu qrupda daha çox şey edə bildik. Ancaq yekunda nəticə qazana bilmədik. Düşünürəm ki, layiqli mübarizə apardıq. Sadəcə olaraq bəzi epizodlarda şansımız olmadı deyə, mərhələ adlaya bilmədik"

"Report"un məlumatına görə, bu fikirləri “Qarabağ”ın futbolçusu Qara Qarayev Avropa Liqasının qrup mərhələsinin VI turunda Bakıda Lüksemburq “Düdelanj”ı ilə heç-heçə etdikləri görüşdən sonra deyib.

27 yaşlı yarımmüdafiəçi bildirib ki, son oyunda qrupdan çıxmaq şansları olsa idi, bu qədər az azarkeş olmazdı: “Düşünürəm ki, həmin an azarkeşlərdə və bizdə fərqli ab-hava olardı. Amma biz komanda olaraq həmin ab-havanı qoruyub saxlamağa çalışdıq. Bizim üçün əhəmiyyətsiz matç deyildi. Son zamanlar yüklənmələr və yorğunluq çox olub. APOEL-lə oyundan sonra bizim üstümüzə gəldilər. Nəticə baxımından heç nə qazanmadıq deyə bizə yüklənənlər oldu. Düşünürəm ki, onlar da bizi daha çox yordu. Amma qələbə üçün əlimizdən gələni etdik”.

İkinci hissənin əvvəlində qırmızı vərəqə alan oyunçu deyib ki, 10 nəfərlə qaldıqdan sonra top itirməyə məcbursan: “Çünki komandada bir nəfər azdır. İkinci hissəyə soyunub-geyinmə otağının pəncərəsindən baxdım. Bu, mənim üçün həyatımın ən çətin 45 dəqiqəsi oldu. Bütün komanda yoldaşlarım mənə dəstək oldu. Komandamı azlıqda qoymaq istəmirdim. İkinci yarıda meydanda bir nəfər də olsa idi, daha fərqli oynayıb, qələbə qazana bilərdik. Bunu edə bilmədik”.

Son xəbərlər

Orphus sistemi