Yuxarı

Milli futbolçu: "Bu cür nəticələrin qeydə alınmasını istəməzdik"

Qara Qarayev yorğunluq hiss olunduğunu etiraf edib

Bakı. 2 iyun. REPORT.AZ/ "Çempionat oyunlarından sonra yorğunluq hiss olunur. Buna baxmayaraq məşqlərimizi edir, hazırlaşırıq". 

Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin və "Qarabağ" klubunun yarımmüdafiəçisi Qara Qarayev deyib.

Milli komandanın Avstriya toplanışı dəyərləndirən 24 yaşlı futbolçu Kanada ilə yoldaşlıq görüşündə qələbə qazanmaq istədiklərini söyləyib: "Andorra və Makedoniya ilə oyundan danışmayacam. Bu cür nəticələrin qeydə alınmasını istəməzdik. Ancaq məsuliyyətimizi dərk edirik. Çalışacağıq ki, Kanada ilə oyunda qələbə qazanaq və istirahətə yüksək əhval-ruhiyyə ilə yollanaq".

Futbolçu qrafikin sıx olduğunu bildirib: "Çətin olacaq, amma hər şey bizim tətildə necə istirahət edəcəyimizdən asılıdır. İnanıram ki, bu sıx qrafikdən uğurla, zədəsiz çıxarıq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi