​Rusiya yığmasının qapıçısını vuran azarkeş üzr istəyib

​Rusiya yığmasının qapıçısını vuran azarkeş üzr istəyib "Mən hadisədən şoka düşdüm"
Futbol
29 Mart , 2015 12:14
​Rusiya yığmasının qapıçısını vuran azarkeş üzr istəyib

Bakı. 29 mart. REPORT.AZ/ Futbol üzrə AVRO-2016-nın seçmə qrup mərhələsində Monteneqroda keçirilmiş qarşılaşma zamanı Rusiya millisinin qapıçısı İqor Akinfeyevə xəsarət yetirən azarkeş hərəkətinə görə üzr istəyib. "Report"un məlumatına görə, meydana fayer ataraq oyunda fasilə yaranmasına səbəb olan yerli azarkeş Luka Lazareviç Akinfeyevi zədələmək fikrində olmadığını bildirib. 

Lazareviç deyib ki: "Oyun başlayan kimi hansısa azarkeş fayeri yandıraraq, onun olduğu tərəfə atıb. Nəticədə yandırıcı maddə sol ayağıma tuş gəldi. Mən yanmamaq üçün əyilib fakeli götürdüm və qeyri-ixtiyari olaraq onu meydana atdım".

Bilərəkdən rəqib futbolçuya xəsarət yetirmədiyini söyləyən azarkeş fayeri meydana atdıqdan sonra Akinfeyevin qapıçı meydançasının mərkəzinə doğru irəlilədiyini görüb: "Yandırıcı maddə onun boyun nahiyəsinə tuş gəldi. Mən hadisədən şoka düşdüm. Özüm meydana çıxa bilsəydim, ilk yardımı edərdim. Baş verənlərlə əlaqədar xəsarət alan oyunçudan, onun komandasından, Monteneqro millisindən və bütün ölkədən üzr istəyirəm".

Qeyd edək ki, oyunun birinci dəqiqəsində Luka Lazareviçin meydana atdığı priotexniki vasitə rəqib qapıçı İqor Akinfeyevin başına tuş gəlib. Xəsarət alan çərçivə qoruyucusu hadisədən sonra xəstəxanaya yerləşdirilmişdi.

Son xəbərlər

Orphus sistemi