Yuxarı

Qapıçı 131-ci qolunu vurub

Qarşılaşma San Paulonun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb

Bakı. 27 avqust. REPORT.AZ/ Braziliyanın "San Paulo" klubunun qapıçısı Rojerio Seni karyerası ərzində 131-ci qolunu vurub. "Report"un məlumatına görə, 42 yaşlı əlcək sahibi buna Braziliya kubokunun 1/8 final mərhələsində keçirilən "Seara" ilə oyunda nail olub.

Qarşılaşmanın 45-ci dəqiqəsində qonaqlar penalti qazanıb. Topun arxasına yaxınlaşan Seni rəqib komandadakı həmkarını məyus etməyi bacarıb. Qarşılaşma "San Paulo"nun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, qol vuran qapıçılar sırasında ikinci pillədə Xose Luis Çilavert gəlir. 10 il bundan əvvəl karyerasını başa vuran çərçivə qoruyucusunun aktivində 62 qol var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi