Qana Futbol Assosiasiyasının prezidenti istefa verib

Qana Futbol Assosiasiyasının prezidenti istefa verib O, korrupsiya qalmaqalına görə dövlət başçısından üzr istəyib
Futbol
9 İyun , 2018 11:03
Qana Futbol Assosiasiyasının prezidenti istefa verib

Bakı. 9 iyun. REPORT.AZ/ Qana Futbol Assosiasiyasının prezidenti Kvesi Nyantakyi istefa verib.

“Report” qurumun saytına istinadən xəbər verir ki, o, korrupsiya qalmaqalına görə dövlət başçısı Nana Akufo-Addodan üzr istəyib.  

“Diqqətsizlikdən dələduzların qurbanı oldum. Hesab edirdim ki, ölkəyə investisiya yatırmaq istəyən şəxslərlə iş görürəm. Bütün günahı üzərimə götürürəm”, - K.Nyantakyi bəyanatında bildirib.

Qeyd edək ki, iyunun 7-də Qana höküməti ölkənin futbol sektorundakı korrupsiya halları ilə bağlı sənədli filmin nümayişindən sonra milli assosiasiyanı buraxmağı qərara alıb. Filmdə K.Nyantakyinin bir iş adamından 65 min dollar aldığı əksini tapıb.

2005-ci ildən Qana Futbol Assosiasiyasının prezidenti olan K.Nyantakyi FIFA Şurasının üzvüdür. Lakin artıq ali futbol qurumu afrikalı funksioneri 90 gün müddətinə futboldan uzaqlaşdırıb.

Son xəbərlər

Orphus sistemi