​Qana Afrika Millətlər Kubokunun finalına vəsiqə qazanıb

​Qana Afrika Millətlər Kubokunun finalına vəsiqə qazanıb Fınalçılar 1/2-də Ekvatorial Qvineyanı darmadağın ediblər
Futbol
6 Fevral , 2015 05:43
​Qana Afrika Millətlər Kubokunun finalına vəsiqə qazanıb

Bakı. 6 fevral. REPORT.AZ/ Futbol üzrə Qana yığması Afrika Millətlər Kubokunun final mərhələsinə vəsiqə qazanıb.

"Report" xəbər verir ki, qərbi afrikalılar yarımfinalda Kuboka ev sahibliyi edən Ekvatorial Qvineyanı 3:0 hesabı ilə darmadağın ediblər.

Afrika Millətlər Kuboku. 1/2 final.

Qana — Ekvatorial Qvineya — 3:0.

Qollar: Cordan Ayyu, 42 (1:0, pen.); Mübarək Vakaso, 45+1 (2:0); Andre Ayyu, 75 (3:0).

Qana fevral ayının 8-də keçiriləcək final görüşündə Fildişi Sahili ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi