​"Qalatasaray" yeni sponsorluq müqaviləsi imzalayıb

​"Qalatasaray" yeni sponsorluq müqaviləsi imzalayıb Tərəflər arasında 3 illik müqavilə imzalanıb
Futbol
20 Avqust , 2015 15:43
​Qalatasaray yeni sponsorluq müqaviləsi imzalayıb

Bakı. 20 avqust. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubu yeni forma sponsoru "Garenta" ilə müqavilə imzalayıb. "Report"un məlumatına görə, 3 illik müqavilə müddətində İstanbul təmsilçisi Super Liqa və Türkiyə Kubokundakı oyunları zamanı meydana avtomobil icarəsi ilə məşğul olan şirkətin adı yazılmış formalarla çıxacaq.

Bundan başqa, yeni sponsor klubu müəyyən sayda avtomobillə də təmin edəcək. Tərəflər arasındakı müqavilə 2017/2018 mövsümünün sonunda başa çatacaq.

Son xəbərlər

Orphus sistemi