​"Qalatasaray" vaxtından əvvəl Türkiyə çempionu olub

​"Qalatasaray" vaxtından əvvəl Türkiyə çempionu olub "Fənərbaxça" sona bir tur qalmış mühüm xallar itirib
Futbol
26 May , 2015 00:33
​Qalatasaray vaxtından əvvəl Türkiyə çempionu olub

Bakı. 26 may. REPORT.AZ/ Futbol üzrə Türkiyə Super Liqasında 33-cü tura yekun vurulub.

"Report" xəbər verir ki, turun son oyununda "Fənərbaxça" klubu səfərdə "İstanbul Başakşehir"in qonağı olub.

Qarşılıqlı hücumlar şəraitində keçən görüş 2:2 hesabı ilə başa çatıb və bu hesab "Qalatasaray"ı sona bir tur qalmış Türkiyə çempionu edib.

Turun digər oyununda "Akhisar" və "Bursaspor" üz-üzə gəlib. Matç bursalıların qələbəsi ilə başa çatıb.

Türkiyə çempionatı, 33-cü tur.

"İstanbul Başakşehir" - "Fənərbaxça" - 2:2 (0:0).

Qollar:

Batdal, 53 (1:0). Batdal, 62 (2:0). Dieqo, 81 (2:1). Vebo, 88 (2:2).

"Akxisar" - "Bursaspor" - 0:1 (0:0).

Qol: Jozue, 60-penaldan (0:1).

Son xəbərlər

Orphus sistemi