Yuxarı

Avroliqada 1/16 final mərhələsinin ilk oyunlarına yekun vurulub - VİDEO - YENİLƏNİB

​"Qalatasaray" uduzub, BATE "Arsenal"ı məğlub edib

Bakı. 15 fevral. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

"Report"un məlumatına görə, son 7 qarşılaşmanın yalnız 2-də meydan sahibləri qələbə qazana bilib.

"Brügge" Belçikada Avstriya "Zaltsburq"unu, "Viktoriya" isə Çexiyada Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasını 2:1 hesabı ilə yenib.

Kiyev "Dinamo"sunun ardından Ukraynanın digər təmsilçisi "Şaxtyor" da oyununu 2:2 hesablı heç-heçə ilə başa vurub.

Avropa Liqası

1/16 final, ilk oyunlar

14 fevral

21:55. "Krasnodar" (Rusiya) – "Bayer" (Leverkuzen, Almaniya) - 0:0

21:55. "Slaviya" (Praqa, Çexiya) - "Genk" (Belçika) - 0:0

21:55. "Latsio" (İtaliya) - "Sevilya" (İspaniya) - 0:1

Qol: Vissam Ben-Yedder, 22

21:55. "Rapid" (Vyana, Avstriya) - "İnter" (İtaliya) - 0:1

Qol: Lautaro Martines, 40 (p.)

21:55. "Qalatasaray" (Türkiyə) - "Benfika" (Portuqaliya) - 1:2

Qollar: Kristian Luyindama, 54 - Eduardo Salvio, 27 (p.); Haris Seferoviç, 64

21:55. "Renn" (Fransa) – "Betis" (İspaniya) - 3:3

Qollar: Adrien Enu, 2. Xavi Qarsiya, 10 (avt.); Hatem Ben Arfa, 45 (p.) - Covani Lo Çelso, 32; Ayssa Mandi Sidney, 62; Dieqo Laynes, 90

21:55. BATE (Belarus) - "Arsenal" (İngiltərə) - 1:0

Qol: Stanislav Draqun, 45

Qırmızı vərəqə: Aleksandr Lyakazett, 85

21:55. "Olimpiakos" (Yunanıstan) - "Dinamo" (Kiyev, Ukrayna) - 2:2

Qollar: Əhməd Həssən, 9. Jil Diaş, 41 - Vitali Buyalski, 28. Benyamin Verbiç, 89

24:00. "Brügge" (Belçika) - "Zaltsburq" (Avstriya) - 2:1

Qollar: Stefano Densvil, 65. Uesli, 81 - Zlatko Yunuzoviç, 18

24:00. "Malmö" (İsveç) - "Çelsi" (İngiltərə) - 1:2

Qollar: Anders Kristiansen, 80 - Ross Barkli, 30. Olivye Jiru, 58

24:00. "Seltik" (Şotlandiya) - "Valensiya" (İspaniya) - 0:2

Qol: Denis Çerışev, 42. Ruben Sobrino, 49

24:00. "Sportinq" (Portuqaliya) - "Vilyarreal" (İspaniya) - 0:1

Qol: Alfonso Pedrasa, 4

Qırmızı vərəqə: Markos Akuna, 77 ("Sportinq")

24:00. "Sürix" (İsveçrə) - "Napoli" (İtaliya) - 1:3

Qollar: Benjamin Kololli, 84 (p.) - Lorentso İnsinye, 12; Xose Kalyexon, 21. Pyotr Zelinski, 77

24:00. "Viktoriya" (Plzen, Çexiya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 2:1

Qollar: Lüdek Pernitsa, 54; 83 - Dani Olmo, 41

24:00. "Şaxtyor" (Donesk, Ukrayna) - "Ayntraxt" (Frankfurt, Almaniya) - 2:2

Qollar: Marlos, 10 (p.); Tayson, 67 - Martin Hinteregger, 7. Filip Kostiç, 50

Qırmızı vərəqə: Taras Stepanenko, 11 ("Şaxtyor")

Qeyd edək ki, cavab görüşləri fevralın 21-də keçiriləcək. Final matçı isə mayın 29-da Bakı Olimpiya Stadionunda olacaq.


Bakı. 14 fevral. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasında 1/16 final mərhələsinin ilk 8 oyunu keçirilib.

"Report"un məlumatına görə, gecənin sensasiyası Belarusda qeydə alınıb.

"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat və Avropa Liqasının qrup mərhələsində rəqibləri olmuş BATE ilə İngiltərə "Arsenal"ı üz-üzə gəlib. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 45-cı dəqiqədə Stanislav Draqun vurub.

Türkiyə təmsilçisi "Qalatasaray" isə öz meydanında Portuqaliya "Benfika"sına uduzub - 1:2. "Sarı-qırmızılar"ın yeganə qolunu Kristian Luyindama vurub.

Avropa Liqası

1/16 final, ilk oyunlar

14 fevral

21:55. "Krasnodar" (Rusiya) – "Bayer" (Leverkuzen, Almaniya) - 0:0

21:55. "Slaviya" (Praqa, Çexiya) - "Genk" (Belçika) - 0:0

21:55. "Latsio" (İtaliya) - "Sevilya" (İspaniya) - 0:1

21:55. "Rapid" (Vyana, Avstriya) - "İnter" (İtaliya) - 0:1

21:55. "Qalatasaray" (Türkiyə) - "Benfika" (Portuqaliya) - 1:2

21:55. "Renn" (Fransa) – "Betis" (İspaniya) - 3:3

21:55. BATE (Belarus) - "Arsenal" (İngiltərə) - 1:0

21:55. "Olimpiakos" (Yunanıstan) - "Dinamo" (Kiyev, Ukrayna) - 2:2

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi