"Qalatasaray" 4-cü dəfə Türkiyə Super Kubokunun sahibi oldu - FOTO

"Qalatasaray" 4-cü dəfə Türkiyə Super Kubokunun sahibi oldu - FOTO "Sarı-qırmızılar" tarixində 4-cü dəfə bu uğura "Bursaspor" üzərində 1:0 hesablı qələbə sayəsində nail olub.
Futbol
9 Avqust , 2015 01:01
Qalatasaray 4-cü dəfə Türkiyə Super Kubokunun sahibi oldu - FOTO

Bakı. 9 avqust. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubu yeni mövsümə Super Kubokla başlayıb. "Report"un məlumatına görə, "sarı-qırmızılar" tarixində 4-cü dəfə bu uğura "Bursaspor" üzərində 1:0 hesablı qələbə sayəsində nail olub.

Ankaradakı Osmalı stadionunda keçirilmiş görüşdə yeganə qolu 21-ci dəqiqədə Yasin Öztekun vurub. 88-ci dəqiqədə "Cim-Bom"un futbolçusu Əmrə Çolak qırmızı vərəqə alsa da, "Bursaspor" say üstünlüyündən yararlana bilməyib.

Qeyd edək ki, "Qalatasaray" ötən mövsüm həm Türkiyə Super Liqasının, həm də ölkə kubokunun sahibi olub. Kubokun finalında "sar-qırmızılar" elə "Bursaspor"u yenib - 3:2. Türkiyə Super Liqasında yeni mövsüm avqustun 14-də start götürəcək.

Son xəbərlər

Orphus sistemi