"Qalatasaray" - "Trabzonspor" matçında futbolçu baş hakimə qırmızı vərəqə göstərib - FOTO - VİDEO

"Qalatasaray" - "Trabzonspor" matçında futbolçu baş hakimə qırmızı vərəqə göstərib - FOTO - VİDEO Oyundan sonra "Trabzonspor" azarkeşləri Türkiyə Futbol Federasiyasının Trabzondakı binasına hücum ediblər
Futbol
22 Fevral , 2016 01:49
Qalatasaray - Trabzonspor matçında futbolçu baş hakimə qırmızı vərəqə göstərib - FOTO - VİDEO

Bakı. 22 fevral. REPORT.AZ/ "Qalatasaray"ın "Trabzonspor"la keçirdiyi Türkiyə Super Liqasının XXII tur matçında qeyri-adi olay baş verib. "Report"un məlumatına görə, baş hakim Deniz Ateş Bitnelə qonaq komandanın futbolçusu Salih Dursun 86-cı dəqiqədə qırmızı vərəqə göstərib.

Bu, referinin "Trabzonspor"un qapısına şübhəli penalti təyin etməsindən sonra yaşanıb. Qaydanı pozduğu iddia edilən Luis Pedro Kavanda baş hakimin üzərinə cumaraq, onu itələyib. Əvəzində o, önündə qırmızı vərəqə görüb. Etirazlar davam etdiyi vaxt referinin əlindən qırmızı vərəqəni alan Dursun onu Deniz Ateşə göstərərək, başı ilə "çıx meydandan" işarəsi verib.

Ümumilikdə, baş hakim "Trabzonspor"un əleyhinə 4 qırmızı vərəqə göstərib. Luis Pedro Kavanda və Salih Dursundan əlavə, Özer Hurmacı və Aykut Demir də meydandan qovulub. Eyni zamanda 2 penalti qərarı verilib. "Trabzonspor" 25-ci dəqiqədə Erkan Zenginin qolu ilə bu imkandan yararlanıb. Lakin 63-cü dəqiqədə Lukas Podolski, 89-cu dəqiqədə isə mübahisəli penaltidən Selçuk İnan fərqlənərək, "Qalatasaray"ın qələbəsini təmin edib - 2:1.

Oyundan sonra "Trabzonspor" azarkeşləri Türkiyə Futbol Federasiyasının Trabzondakı binasına hücum edərək, şüşələrini qırıb və federasiya əleyhinə şüarlar səsləndirib.

Qeyd edək ki, bu nəticədən sonra "Qalatasaray" xallarını 37-yə çatdıraraq, 3-cü pilləyə yüksəlib. "Trabzonspor" ise 27 xalla 9-cu sırada qalıb.   

Son xəbərlər

Orphus sistemi