Yuxarı

"Qalatasaray" Rusiya yığmasının futbolçusu ilə maraqlanır

Roman Noyştedter Avropa çempionatına aparılacaq

Bakı. 3 iyun. REPORT.AZ/ Rusiya milli komandasının və Almaniyanın "Şalke" klubunun futbolçusu Roman Noyştedter karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər. "Report"un "Habertürk"ə istinadən verdiyi məlumata görə, 28 yaşlı müdafiəçinin transferində "Qalatasaray" rəhbərliyi maraqlıdır. 

Təcrübəli oyunçunun hazırkı klubu ilə müqaviləsi iyunun sonlarında başa çatır. "Sarı-qırmızılar" onu azad agent kimi əldə etmək istəyirlər. "Qalatasaray" alternativ variant kimi Martin Şkrtelin İngiltərə "Liverpul"undan alınmasını da nəzərdən keçirir. Lakin hazırkı klubu slovakiyalı müdafiəçidən ötrü 5 - 7 milyon avro civarında qazanc əldə etmək niyyətindədir. 

Noyştedter ötən mövsüm "Şalke"nin heyətində Bundesliqada 30 oyuna 1 məhsuldar ötürmə ilə yadda qalıb. Bu yaxınlarda Rusiya pasportu alan futbolçu 2016-cı il Avropa çempionatına yollanacaq heyətə salınıb. Çempionat iyunun 10-dan iyulun 10-dək Fransada təşkil olunacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi