​"Qalatasaray" Lukas Podolskini heyətinə qatıb

​"Qalatasaray" Lukas Podolskini heyətinə qatıb 30 yaşlı hücumçu tibbi müayinədən keçəcək
Futbol
4 İyul , 2015 09:37
​Qalatasaray Lukas Podolskini heyətinə qatıb

Bakı. 4 iyul. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubu bir müddətdir danışıq apardığı Lukas Podolskinin transferi ilə bağlı məlumat yayıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, polyak əsilli alman futbolçu İstanbula gələcək.

"Sarı-qırmızılar" 30 yaşlı hücumçunun transferi ilə bağlı İngiltərənin "Arsenal" klubu ilə razılığa gəlib. Podolski klubun sponsor xəstəxanası olan "Liv Hospital"da tibbi müayinədən keçəcək.

Qeyd edək ki, Lukas Podolski peşəkar futbolçu karyerası ərzində Almaniyanın "Bavariya", "Köln", İngiltərənin "Arsenal" klublarının formasını geyinib. O, ötən mövüsümün ikinci yarısını icarə əsasında çıxış etdiyi İtaliya "İnter"ində keçirib.

Son xəbərlər

Orphus sistemi