“Qalatasaray” komandası futbol üzrə Türkiyə kubokunu 16-cı dəfə əldə edib

“Qalatasaray” komandası futbol üzrə Türkiyə kubokunu 16-cı dəfə əldə edib “Qalatasaray” bu titula 16-cı dəfə nail olub
Futbol
4 İyun , 2015 04:52
“Qalatasaray” komandası futbol üzrə Türkiyə kubokunu 16-cı dəfə əldə edib

Bakı. 4 İyun. REPORT.AZ/ Futbol üzrə Türkiyə kuboku uğrunda keçirilən yarışın finalında “Bursaspor” komandasını 3:2 hesabı ilə məğlub edən “Qalatasaray” bu titula 16-cı dəfə nail olub.

"Reeport"un məlumatına görə, oyunun 27-ci dəqiqəsində 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Fernandao komandasını hesabda irəli çıxarıb – 0:1.

İlk hissənin sona çatmasına 5 dəqiqə qalmış Burak Yılmaz hesabı bərabərləşdirib.

İlk hissə 1:1 hesabı ilə başa çatıb.

İkinci hissəyə sürətlə başlayan “Qalatasaray” 48-ci dəqiqədə Burak Yılmazın dubl etməsi ilə hesabda önə çıxıb – 2:1.

“Bursaspor” 58-ci dəqiqədə Volkan Şenin qolu ilə hesabı bərabərləşdirsədə, komandanın bu sevinci uzun sürməyib. Belə ki, 2 dəqiqə sonra oyunda het-trik edən Burak Yılmaz “Qalatasaray”a kuboku qazandıran topu rəqib qapısından keçirib – 3:2.

Son xəbərlər

Orphus sistemi