"Qalatasaray" klubunun mərhum prezidentinin heykəli hücuma məruz qalıb - FOTO

"Qalatasaray" klubunun mərhum prezidentinin heykəli hücuma məruz qalıb - FOTO Heykəldə Özhan Canaydının ayağı qopardılıb
Futbol
28 Mart , 2018 23:37
Qalatasaray klubunun mərhum prezidentinin heykəli hücuma məruz qalıb - FOTO

Bakı. 28 mart. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubunun mərhum prezidenti Özhan Canaydının heykəli naməlum şəxslərin hücumuna məruz qalıb.

"Report"un məlumatına görə, klubun Metin Oktay bazası önündə ucaldılan abidədən Canaydının ayağı qoparılıb.

Bundan başqa, heykəlin yanındakı aslan fiquru da oğurlanıb. 2012-ci ildə qoyulan heykələ daha əvvəl də zərər yetirilib.

Özhan Canaydın 2002 - 2008-ci illərdə "Qalatasaray"ın prezidenti olub. O, 2010-cu ildə 67 yaşında ikən xərçəng xəstəliyindən dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi