Yuxarı

"Qalatasaray" klubu "Trabzonspor"un müdafiəçisini transfer edib

25 yaşlı müdafiəçi qarşıdakı 3 mövsüm ərzində hər il 875 min avro qazanacaq

Bakı. 9 avqust. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubu "Trabzonspor" komandasının futbolçusu Luis Pedro Cavandanı transfer edib.

"Report"un İstanbul təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu keçiddən ötrü "Trabzonspor"a 1.8 milyon avro ödəniləcək.

25 yaşlı müdafiəçi qarşıdakı 3 mövsüm ərzində hər il 875 min avro qazanacaq. Bundan başqa, L.Cavanda "sarı-qırmızılar"ın Super Liqa və avrokuboklarda toplayacağı hər bir xal üçün 4 000 avro mükafat qazanacaq. Mükafat start heyətində yer alacağı təqdirdə 100 faiz, sonradan oyuna girərsə, 50 faiz, "18-liy"ə düşüb meydana çıxmayacağı halda 25 faiz ödəniləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi