​"Qalatasaray" Semih Kayanın transfer qiymətini açıqlayıb

​"Qalatasaray" Semih Kayanın transfer qiymətini açıqlayıb Bu barədə klubun idman direktoru açıqlama verib
Futbol
28 Noyabr , 2015 17:25
​Qalatasaray Semih Kayanın transfer qiymətini açıqlayıb

Bakı. 28 noyabr. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubu futbolçu Semih Kayanın transfer qiymətini açıqlayıb. "Report"un məlumatına görə, bu barədə yerli mətbuata klubun idman direktoru Cenk Ergün açıqlama verib.

O bildirib ki, müdafiəçi klubun yetirməsidir və onun komandaya verəcəyi çox şey var: "Semihin Avropa klubunda təcrübə keçməyə ehtiyacı yoxdur. Bu baxımdan icarə təklifi bizim üçün cəlbedici deyil. Ancaq yaxşı təklif gəlsə, düşünə bilərik. 10 milyon avro təklif edilsə, bu haqda danışmaq olar".

Son xəbərlər

Orphus sistemi