Yuxarı

​"Qalatasaray" klubu Samuel Etonu transfer edir

Gələn həftə müqavilə imzalanacaq

Bakı. 4 iyun. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubu "Antalyaspor"da forma geyinən Samuel Etonu transfer etməyə hazırlaşır. "Report"un "Fotomaç"a istinadən verdiyi məlumata görə, artıq hər iki klub rəhbərliyi arasında razılaşma əldə olunub.

35 yaşlı hücumçunun transfer qiymətinin 3 milyon avrodan çox olmayacağı və münasibətlərin gələn həftə rəsmiləşəcəyi bildirilir. Hələlik müqavilə müddəti açıqlanmır.

Qeyd edək ki, Eto karyerası ərzində "Real Madrid", "Malyorka", "Barselona", "Çelsi", "Everton", "İnter", "Anji", "Sampdoriya" klublarının formasını geyinib. Futbolçu ötən ilin yay transfer pəncərəsində "Antalyaspor"a keçib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi