Yuxarı

"Qalatasaray" klubu portuqaliyalı futbolçu transfer edib

Jozue bir il müddətində İstanbul klubunda çıxış edəcək

Bakı. 23 avqust. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubu yeni transferini rəsmən açıqlayıb. 

"Report"un İstanbul təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, portuqaliyalı futbolçu Jozue qarşıdakı mövsümdə "sarı-qırmızılar"ın uğurları üçün çalışacaq.

Portuqaliyanın "Portu" klubundan icarəyə götürülən 25 yaşlı yarımmüdafiəçi yeni komandasında 700 min avro qazanacaq. 

Bundan əlavə, futbolçu oynadığı və komandanın qazandığı hər xal üçün 3 min avro alacaq. Jozue start heyətinə düşəcəyi təqdirdə, müəyyən edilmiş mükafatın 100%-ni, əvəzetmədən oyuna daxil olarsa, 75%-ni, 18-liyə düşərsə, 25%-ni əldə edəcək.

Qeyd edək ki, Jozue bir dəfə Türkiyədə olub. O, 2014 - 2016-cı illərdə "Bursaspor"da çıxış edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi