"Qalatasaray" klubu isveçrəli futbolçunu transfer etmək istəyir

"Qalatasaray" klubu isveçrəli futbolçunu transfer etmək istəyir Bakı. 26 may. REPORT.AZ/ Türkiyənin Qalatasaray klubu İngiltərənin Stok Siti komandasında çıxış edən Cerdan Şakirini transfer etmək niyyətindədir.
Futbol
26 May , 2018 11:36
Qalatasaray klubu isveçrəli futbolçunu transfer etmək istəyir

Bakı. 26 may. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubu İngiltərənin "Stok Siti" komandasında çıxış edən Cerdan Şakirini transfer etmək niyyətindədir. 

"Report"un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İstanbul təmsilçisinin baş məşqçisi Fatih Terim növbəti mövsüm Çempionlar Liqasında yaxşı nəticə göstərmək üçün bu futbolçunu istəyib. 

Klub rəhbərliyi danışıqlar üçün 27 yaşlı isveçrəli hücumçunun qardaşı Erdin Şakirini İstanbula dəvət edib. 

Qeyd edək ki, "Stok Siti" klubu İngiltərə Premyer Liqasını tərk edib. Futbolçu da aşağı liqada oynamaq istəmədiyindən komandadan ayrılmağı planlaşdırır. 

Son xəbərlər

Orphus sistemi