"Qalatasaray" klubu "Herta"nın futbolçusunu transfer edib

"Qalatasaray" klubu "Herta"nın futbolçusunu transfer edib 24 yaşlı yarımmüdafiəçi hər il 2 milyon avro qazanacaq
Futbol
8 Avqust , 2016 18:08
Qalatasaray klubu Hertanın futbolçusunu transfer edib

Bakı. 8 avqust. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubu Almaniyanın "Herta" klubunun futbolçusu Tolqa Cığercini transfer edib. 

"Report"un İstanbul təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu keçiddən ötrü "Herta"ya 3 milyon avro ödəniləcək.

24 yaşlı yarımmüdafiəçi qarşıdakı 3 mövsüm ərzində hər il 2 milyon avro qazanacaq. Bundan başqa, T.Ciğerci "sarı-qırmızılar"ın Super Liqa və avrokuboklarda toplayacağı hər bir xal üçün 5000 avro mükafat qazanacaq. Mükafat start heyətində yer alacağı təqdirdə 100 faiz, sonradan oyuna girərsə, 50 faiz, "18-liy"ə düşüb meydana çıxmayacağı halda, 25 faiz ödəniləcək.

"Qalatasaray" çempion olsa, xal mükafatının 20 faizi də T.Ciğerciyə çatacaq. Müqaviləni pozmaq üçün isə futbolçuya 8 milyon avro təzminat ödənilməlidir.  

Son xəbərlər

Orphus sistemi