Yuxarı

"Qalatasaray" klubu daha bir futbolçu ilə müqavilə bağlayıb

"Qalatasaray" klubu daha bir futbolçu ilə müqavilə bağlayıb
Maykon Pereyra Roke 7 milyon avroya transfer olunub

Bakı. 30 iyun. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubu heyətini daha bir futbolçu ilə gücləndirib. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Braziliyanın "San Paulu" klubunun müdafiəçisi Maykon Pereyra Roke 7 milyon avroya transfer olunub.

Onunla 4 illik müqavilə bağlanılıb. Anlaşmaya əsasən, Maykona hər il 2,2 milyon avro ödəniləcək. Daha 1 milyon avro isə bonus kimi nəzərdə tutulub.

Qeyd edək ki, 190 sm boya malik Maykon 2009 - 2016-cı illərdə Portuqaliyanın "Portu” klubunda çıxış edib. O, ötən ildən etibarən formasını geyindiyi "San Paulu”da 44 oyuna 3 qol vurub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi