Yuxarı
    Bağlamaq

    "Qalatasaray"ın sabiq baş məşqçisi İtaliya komandasına rəhbərlik edəcək

    Dinlə

    Bakı. 7 dekabr. REPORT.AZ/ İtaliyanın "Cenoa" futbol komandasının yeni baş məşqçisi müəyyənləşib. 

    "Report" klubun rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, Genuya təmsilçisi Çezare Prandelliyə tapşırılıb. 61 yaşlı mütəxəssis bu postda İvan Yuriçi əvəzləyib. Onunla imzalanan müqavilənin detalları açıqlanmayıb. 

    Qeyd edək ki, "Cenoa" İtaliya A Seriyasında 14 turdan sonra 15 xalla 14-cü pillədə qərarlaşıb. Ç.Prandelli vaxtı ilə İtaliya yığmasının və Türkiyənin "Qalatasray" komandasının baş məşqçisi olub. O, son olaraq Birləşmiş Ərəb Əmirliklərinin "Əl Nəsr" klubunda çalışıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi