"Qalatasaray"ın sabiq baş məşqçisi Dubayda çalışacaq

"Qalatasaray"ın sabiq baş məşqçisi Dubayda çalışacaq Çezare Prandelli BƏƏ-nin "Əl-Nəsr" komandasının sükanı arxasına keçib
Futbol
25 May , 2017 21:52
Qalatasarayın sabiq baş məşqçisi Dubayda çalışacaq
Courtesy İmage

Bakı. 25 may. REPORT.AZ/ İtaliya millisinin sabiq baş məşqçisi Çezare Prandelli BƏƏ-nin "Əl-Nəsr" komandasının sükanı arxasına keçib.

"Report"un məlumatına görə, 59 yaşlı mütəxəssisin təqdimat mərasimi mayın 29-da olacaq.

O, Dubay təmsilçisində yeni vəzifədə Dan Petreskunu əvəzləyib. Prandellinin son iş yeri 2016-cı ilin dekabrında tərk etdiyi İspaniya "Valensiya"sı olub.

Əvvəllər italiyalı mütəxəssis İtaliyanın "Roma" və "Fiorentina", həmçinin Türkiyənin "Qalatasaray" klublarında çalışıb.

Son xəbərlər

Orphus sistemi