​"Qalatasaray"ın baş məşqçisi Mustafa Dənizli istefa vermək qərarına gəlib

​"Qalatasaray"ın baş məşqçisi Mustafa Dənizli istefa vermək qərarına gəlib Klub 23 turdan sonra ölkə çempionatında 37 xalla 5-ci pillədə qərarlaşıb
Futbol
29 Fevral , 2016 00:28
​Qalatasarayın baş məşqçisi Mustafa Dənizli istefa vermək qərarına gəlib

Bakı. 29 fevral. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" futbol klubunun baş məşqçisi Mustafa Dənizli istefa vermək qərarına gəlib.

"Report"un məlumatına görə, bu barədə 67 yaşlı mütəxəssis "Qaziantepspor"a səfərdə 0:2 hesabı ilə uduzduqları Super Liqanın XXIII tur matçından sonra "Lig TV"yə açıqlamasında bildirib.

O, 28 illik baş məşqçi karyerasının yara aldığını və heç vaxt bu qədər əziyyət çəkmədiyini söyləyib. M.Dənizli istefa qərarını hörmətsizlik kimi qəbul olunmaması üçün öncə klub prezidenti Dursun Özbəklə müzakirə edəcəyini bildirib:

"Mənim sözlərimdən kim nə məna çıxarırsa, özü bilər. Klub prezidenti ilə oturub geniş toplantı keçirəcəyik. Onlarla bu vəzifəyə başlarkən, çox fərqli planlarımız vardı. Amma həyata keçirə bilmədik. Karyeramda yaşadığım böyük gözəlliklərin ardından, qoy, pis şeyləri də yaşamaq mənə nəsib olsun. Önəmli deyil. Mən öz içimdə bütün qərarları verdim. Rəhbərliklə də danışacağam".

Qeyd edək ki, 23 turdan sonra "Qalatasaray" 37 xalla 5-ci pillədə qərarlaşıb və lider "Beşiktaş"dan 14 xal geri qalır.

Son xəbərlər

Orphus sistemi