"Qalatasaray" hollandiyalı futbolçu transfer edib

"Qalatasaray" hollandiyalı futbolçu transfer edib Rayan Donkla 2,5 illik müqavilə bağlanılıb
Futbol
5 Yanvar , 2016 18:48
Qalatasaray hollandiyalı futbolçu transfer edib

Bakı. 5 yanvar. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubu "Kasımpaşa"nın futbolçusu Rayan Henk Donku transfer edib. "Report"un "sarı-qırmızılar"ın rəsmi saytına istinadən verdiyi məlumata görə, 30 yaşlı mərkəz müdafiəçisinin keçidi ilə bağlı bütün məsələlərdə anlaşma əldə olunub. 

Müqaviləyə əsasən, Donkun keçmiş klubuna 2,5 milyon avro ödəniləcək. Oyunçunun özünə isə mövsümün sonunadək 750 min avro sabit əmək haqqı və start heyətində meydana çıxacağı 12-ci rəsmi matçından etibarən hər oyuna 15 min avro veriləcək. Növbəti 2 mövsümdə isə üst-üstə 3 milyon avro əmək haqqı, ilk "11-lik"dəki 25-ci rəsmi matçından etibarən 15 min avro bonus nəzərdə tutulub. 

Qeyd edək ki, müqavilə 2018-ci ilin iyununadək bağlanılıb.

Son xəbərlər

Orphus sistemi