Yuxarı
    Bağlamaq

    "Qalatasaray" Hamit Altıntopla yollarını ayırıb

    Futbolçu ilə müqaviləyə xitam verilib

    Bakı. 3 yanvar. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubu futbolçu Hamit Altıntopla yollarını ayırıb. 

    "Report"un "NTV Spor"a istinadən verdiyi məlumata görə, futbolçu ilə müqavilə qarşılıqlı şəkildə ləğv edilib.

    Klub rəhbərliyi 34 yaşlı yarımmüdafiəçi ilə görüşüb və yola davam etməmək qərarı verilib. Altıntop da bu qərarı müsbət qarşılayıb.

    Qeyd edək ki, 2012-ci ildən "Qalatasaray"da çıxış edən Hamit Altıntopla yolların ayrılmasının əsas səbəbi ölkə kubokunda "Tuzlaspor"la keçirilmiş matçda baş verənlər olub. İstanbul təmsilçisinin 2:3 hesablı məğlubiyyətlə üzləşdiyi oyunda futbolçunun səhvi nəticəsində rəqib "sarı-qırmızılar"ı məyus etməyi bacarıb. H.Altıntop "Tuzlaspor"un İdarə Heyətində yer alıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi