"Qalatasaray" Çempionlar Liqasında növbəti oyununu keçirəcək

"Qalatasaray" Çempionlar Liqasında növbəti oyununu keçirəcək "Atletiko" ilə oyun son şansdır
Futbol
25 Noyabr , 2015 14:01
Qalatasaray Çempionlar Liqasında növbəti oyununu keçirəcək

Bakı. 25 noyabr. REPORT.AZ/ Bu gecə daha 4 qrupda keçiriləcək 8 oyunla Çempionlar Liqasının qrup mərhələsində V tura yekun vurulacaq. "Report"un məlumatına görə, əsas diqqətlər İspaniyanın paytaxtı Madriddə "Atletiko" ilə Türkiyənin yeganə təmsilçisi "Qalatasaray" arasındakı görüşə yönələcək.

Hazırda meydan sahiblərinin 7, qonaqların 4 xalı var. "Sarı-qırmızılar" bu oyunda qalib gələ bilməsələr, mübarizəni ən yaxşı halda 3-cü pillədə başa vuracaqlar. "Qalatasaray"ı matça yeni baş məşqçi Mustafa Dənizli yox, məşqçi Klaudio Taffarel çıxaracaq. Dənizli görüşü tribunadan izləyəcək. 

İspaniyanın digər təmsilçisi "Real Madrid" isə artıq 1/8 finala vəsiqəni təmin edib. Bu gecə meydana çıxacaq komandalardan İngiltərənin "Mançester Siti" klubu da eyni hüquqa yiyələnib.

Çempionlar Liqası

Qrup mərhələsi, V tur

A qrupu

23:45. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Real" (Madrid, İspaniya)

Baş hakim: Bas Nijhuys (Hollandiya)

23:45. "Malmö" (İsveç) - PSJ (Fransa)

Baş hakim: Uilyam Kollum (Şotlandiya)

Xal durumu: "Real Madrid" - 10, PSJ - 7, "Şaxtyor" - 3, "Malmö" - 3.

B qrupu

21:00. MOİK (Moskva, Rusiya) - "Volfsburq" (Almaniya)

Baş hakim: Canluka Rokki (İtaliya)

23:45. "Mançester Yunayted" (İngiltərə) - PSV (Hollandiya)

Baş hakim: Pavel Kralovets (Çexiya)

Xal durumu: "Mançester Yunayted" - 7, PSV - 6, "Volfsburq" - 6, MOİK - 4.

C qrupu

19:00. "Astana" (Qazaxıstan) - "Benfika" (Portuqaliya)

Baş hakim: Ruddi Buke (Fransa)

23:45. "Atletiko" (Madrid, İspaniya) - "Qalatasaray" (Türkiyə)

Baş hakim: Nikola Ritsoli (İtaliya)

Xal durumu: "Benfika" - 9, "Atletiko" - 7, "Qalatasaray" - 4, "Astana" - 2.

D qrupu

23:45. "Yuventus" (İtaliya) - "Mançester Siti" (İngiltərə)

Baş hakim: Feliks Brıx (Almaniya)

23:45. "Borussiya" (Münhenqladbax, Almaniya) - "Sevilya" (İspaniya)

Baş hakim: Damir Skomina (Sloveniya)

Xal durumu: "Mançester Siti" - 9, "Yuventus" - 8, "Sevilya" - 3, "Borussiya" - 2. 

Son xəbərlər

Orphus sistemi