"Qalatasaray" braziliyalı hücumçu ilə razılıq əldə edib

"Qalatasaray" braziliyalı hücumçu ilə razılıq əldə edib Bakı. 5 dekabr. REPORT.AZ/ Türkiyənin Qalatasaray klubu Rusiyanın Spartak (Moskva) komandasında çıxış edən Luis Adrianonu heyətinə qatmağa çox yaxındır.
Futbol
5 Dekabr , 2018 12:20
Qalatasaray braziliyalı hücumçu ilə razılıq əldə edib

Bakı. 5 dekabr. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubu Rusiyanın "Spartak" (Moskva) komandasında çıxış edən Luis Adrianonu heyətinə qatmağa çox yaxındır. 

"Report" "Milliyet"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi artıq 31 yaşlı hücumçu ilə görüşüb və razılıq əldə edib. Bu keçiddə "sarı-qırmızılar"ın braziliyalı qapıçılarla iş üzrə məşqçisi Kladio Taffarelin vasitəçilik etdiyi bildirilir. 

Türkiyə nəhəngi hazırkı klubu ilə 1.5 illik müqaviləsi olan Adriano üçün 4 milyon avro ödəməyə hazırdır. "Cim-Bom" təcrübəli forvard ilə 3.5 illik sözləşmə imzalamaq niyyətindədir. "Qalatasaray" Moskva təmsilçisini razı sala bilsə, oyunçu mövsümün ikinci yarısından İstanbul klubunda çıxış edəcək.

Qeyd edək ki, Luis Adriano ölkəsinin "İnternasional" klubunun yetirməsidir. O, karyerası ərzində Ukraynanın "Şaxtyor" və İtaliyanın "Milan" komandalarında da çıxış edib. Adriano "Şaxtyor"un heyətində 6 dəfə Ukrayna çempionu, bir dəfə isə UEFA Kubokunun (indiki Avropa Liqası) qalibi olub.

Son xəbərlər

Orphus sistemi