"Qalatasaray"ın sabiq futbolçusu karyerasını başa vurub

"Qalatasaray"ın sabiq futbolçusu karyerasını başa vurub Zvezdan Misimoviç 32 yaşında ikən futboldan getməyi qərara alıb
Futbol
3 Mart , 2015 14:33
Qalatasarayın sabiq futbolçusu karyerasını başa vurub

Bakı. 3 mart. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubunun sabiq futbolçusu Zvezdan Misimoviç karyerasını 32 yaşında başa vurub. "Report"un məlumatına görə, bu barədə bosniyalı yarımmüdafiəçi "Bild"ə açıqlama verib. 

Misimoviç bildirib ki, son 2 ildə aldığı bir neçə təklif ona maraqlı görünməyib. O, hazırda ailəsinin daha vacib olduğunu bildirib. 

Qeyd edək ki, Zvezdan Misimoviç karyerasının böyük hissəsini Almaniya Bundesliqasında keçirib. "Bavariya", "Nürnberq", "Bohum" və "Volfsburq"dan sonra Misimoviç 2010-cu il avqustun 31-də "Qalatasaray"la müqavilə bağlayıb. Lakin noyabrın 18-də ovaxtkı baş məşqçi George Hacının istəyilə əvəzedici heyətə göndərilib və növbəti ilin martında Rusiyanın "Dinamo" (Moskva) klubu ilə anlaşıb. Onun son dayanacağı Çinin "Quyçjou Jenxe" olub. Misimoviç 2 dəfə Almaniya çempionluğuna, 2013-cü ildə isə Bosniya və Herseqovinanın ən yaxşı idmançısı adına sahib çıxıb. 

Son xəbərlər

Orphus sistemi