Qadınlar Liqasında iştirak edəcək komandaların məşqçiləri ilə görüş keçirilib

Qadınlar Liqasında iştirak edəcək komandaların məşqçiləri ilə görüş keçirilib AFFA-nın inzibati binasında Qadınlar Liqasında iştirak edəcək komandaların məşqçiləri ilə görüş keçirilib.
Futbol
26 Avqust , 2019 11:50
Qadınlar Liqasında iştirak edəcək komandaların məşqçiləri ilə görüş keçirilib

AFFA-nın inzibati binasında Qadınlar Liqasında iştirak edəcək komandaların məşqçiləri ilə görüş keçirilib.

"Report" xəbər verir ki, AFFA-nın Qadın Futbolu Departamentinin rəisi Emin Cəfərov, Qadınlardan ibarət U-19 və U-17 milli komandalarının baş məşqçiləri Vüqar Əsgərli ilə Zamir Həsənovun iştirak etdiyi görüşdə 2019/2020-ci il mövsümü ilə bağlı məsələlər müzakirə olunub. 

Tədbirdə iştirak edən Hakimlər Komitəsinin üzvü Elçin Məmmədov yeni oyun qaydaları haqqında məlumat verib, yeni mövsümdə elektron protokolların tətbiqi qaydasını izah edib, məşqçilərinin suallarını cavablandırıb.

Son xəbərlər

Orphus sistemi