Qadın voleybolçulardan ibarət Azərbaycan millisi İtaliya yığması ilə qarşılaşıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi İtaliya yığması ilə qarşılaşıb Milanda baş tutan görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə nəticələnib
Futbol
6 Sentyabr , 2017 11:06
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi İtaliya yığması ilə qarşılaşıb

Bakı. 6 sentyabr. REPORT.AZ/ İtaliyada təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoxlama oyunu keçirib.

"Report"un məlumatına görə, Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv ikinci dəfə İtaliya yığması ilə üz-üzə gəlib. Milanda baş tutmuş görüş meydan sahiblərinin 3:2 (22-25, 22-25, 25-20, 25-22, 15-13) hesablı qələbəsi ilə nəticələnib.

Qeyd edək ki, bu kollektivlər arasındakı ilk görüşdə də italiyalılar qalib gəlmişdilər - 3:0. Təlim-məşq toplanışı 22 sentybar – 1 oktyabrda Azərbaycan və Gürcüstanda təşkil olunacaq Avropa çempionatına hazırlıq xarakteri daşıyır.

Son xəbərlər

Orphus sistemi