AFFA qadın futbolçunu təhqir edən baş məşqçini cəzalandırıb

AFFA qadın futbolçunu təhqir edən baş məşqçini cəzalandırıb AFFA İntizam Komitəsi aşağı yaşlı futbolçuların çıxış etdikləri liqalarda təhqiramiz ifadələr işlədən şəxslərin cəzalarını açıqlayıb.
Futbol
8 Oktyabr , 2019 14:57
AFFA qadın futbolçunu təhqir edən baş məşqçini cəzalandırıb

AFFA İntizam Komitəsi aşağı yaşlı futbolçuların çıxış etdikləri liqalarda təhqiramiz ifadələr işlədən şəxslərin cəzalarını açıqlayıb.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, U-14 liqasında Beyləqanın "Bahar Gİİ" və Ağcabədinin UGİM kollektivlərinin matçında müvafiq olaraq komandaların baş məşqçiləri Xudaverdi Tumasov və Namiq Quliyev bir-birilərini söyüb. Bu səbəbdən, hər iki mütəxəssisə 3 oyunluq cəza verilib.

U-13 liqasında "Keşlə"nin baş məşqçisi Xəyyam Bəkirov "Zirə" ilə görüşdə hakimi təhqir etdiyi üçün 5 oyunluq cəzalanıb. Eyni cəza U-15 liqasındakı “İsgəndər Cavadov BFA” komandasının baş məşqçisi Elşən Ələskərova da verilib. O, "Qarabağ"la dueldə hakimə qarşı nalayiq ifadələr işlədib.

U-13 qızlar liqasında "Fidan"ın baş məşqçisi Yavər Rəhimov “8 №-li RİOEUGİM” kollektivi ilə görüşdə rəqib komandanın futbolçusunu təhqir etdiyi üçün 3 matçlıq cəza ilə üzləşib. U-17 liqasında “İsgəndər Cavadov BFA”nın futbolçusu Əhməd İbadov hakimə qarşı təhqiredici ifadələrə görə 4 oyunluq cəza alıb. 

Son xəbərlər

Orphus sistemi