Pyaniç "Yuventus"la müqaviləsini 2023-cü ilə qədər uzadıb - VİDEO

Pyaniç "Yuventus"la müqaviləsini 2023-cü ilə qədər uzadıb - VİDEO Bakı. 21 avqust. REPORT.AZ/ Yuventus yarımmüdafiəçi Miralem Pyaniç ilə müqavilənin müddətini uzadıb.
Futbol
21 Avqust , 2018 21:58
Pyaniç Yuventusla müqaviləsini 2023-cü ilə qədər uzadıb - VİDEO

Bakı. 21 avqust. REPORT.AZ/ "Yuventus" yarımmüdafiəçi Miralem Pyaniç ilə müqavilənin müddətini uzadıb.

“Report” xəbər verir ki, yeni müqavilə 2023-cü ilə qədər nəzərdə tutulub, əvvəlki isə 2021-ci ildə başa çatır.

Əvvəl verilən məlumata görə, Pyaniç yeni müqaviləyə görə komandada ilinə əvvəlki 4,5 milyon avro əvəzinə 7 milyon avro alacaq.

Bosniyalı futbolçu ötən mövsüm İtaliya çempionatında 31 matç keçirib, 5 qol vurub və 8 məhsuldar ötürmə verib. O, 2016-cı ildən "Yuventus"un şərəfini qoruyur.

Son xəbərlər

Orphus sistemi