Hollandiyalı hücumçu "Qarabağ"ı hədələyib

Hollandiyalı hücumçu "Qarabağ"ı hədələyib "Bu xəbərlərin haradan qaynaqlandığını bilmirəm"
Futbol
28 Dekabr , 2015 11:44
Hollandiyalı hücumçu Qarabağı hədələyib

Bakı. 28 dekabr. REPORT,AZ/ "Qarabağ" klubunun futbolçusu Raydell Pupon komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. "Report"un "Voetbal International"a istinadən verdiyi məlumata görə, 28 yaşlı hücumçu bu cür xəbərləri gördükdə şoka düşdüyünü deyib.

Pupon komanda ilə birgə qış təlim-məşq toplanışında iştirak edəcəyini bildirib: "Bu xəbərlərin haradan qaynaqlandığını bilmirəm. Bildiyim tək şey yanvarın 5-də komanda ilə birgə Antalyaya təlim-məşq toplanışına yollanmağımdır".

"Qarabağ"ın heyətində meydana tez-tez çıxmamağından söz açan hollandiyalı futbolçu bunu zədə və aldığı vərəqələrlə əlaqələndirib. Onun sözlərinə görə, Ağdam klubu ilə yollarını yalnız müqavilə müddəti bitdikdən sonra ayıra bilər: "Qarabağ"dan getməyim haqda ancaq yayda düşünə bilərəm. Onlar məndən indi xilas olmaq istəyirlərsə, çoxlu pul ödəməli olacaqlar".

Qeyd edək ki, Raydell Pupon karyerası ərzində ölkəsinin "Ayaks", "Villema II", "De Qrafşap", "Den Haaq", "Breda" və Fransanın "Valensyen" klublarında çıxış edib. O, "Qarabağ"a cari ilin yay transfer pəncərəsində qoşulub. Puponla 2 illik müqavilə bağlanılıb. 

Son xəbərlər

Orphus sistemi